«Birmarket lotereyası» ADLI STİMULLAŞDIRICI TİRAJLI LOTEREYANIN KEÇİRİLMƏSİ BARƏDƏ ŞƏRTLƏR

«Birmarket lotereyası»
adlı stimullaşdırıcı tirajlı lotereyanın keçirilməsi barədə bu Şərtlərdə (bundan sonra Şərtlər) istifadə olunan əsas anlayışlar aşağıdakılardır: Birmarket platforması  –  “Birmarket” mobil tətbiqi və ya “birmarket.az” saytıdır. 
1. TƏŞKİLATÇI VƏ SİFARİŞÇİ HAQQINDA MƏLUMAT

1.1. Lotereyanın təşkilatçısı: "Proxy" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "Təşkilatçı" adlanacaqdır).

- Təşkilatçının hüquqi ünvanı: AZ1015, Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, ev 46, mənzil 66;

- Təşkilatçının faktiki ünvanı: AZ1065, Azərbaycan, Bakı şəhəri, Bakıxanov küçəsi 48C;

- VÖEN: 2005810211;

- Əlaqə nömrələri: (012) 493 31 90; (055) 300 44 26.

1.2. Lotereyanın obyektləri: bu Şərtlərə uyğun Birmarket platforması (birmarket.az və Birmarket mobil tətbiqi) vasitəsi ilə alışların artırılması.

1.3. Sifarişçi: "Competo" MMC.

2. LOTEREYANIN ADI, FORMASI, MÜDDƏTİ VƏ KEÇİRİLDİYİ ƏRAZİ

2.1. Lotereyanın adı və forması: "BIRMARKET LOTEREYASI" stimullaşdırıcı tirajlı lotereya (bundan sonra "Lotereya").

2.2. Lotereyanın başlama tarixi: 20.10.2025-ci il.

2.3. Lotereyanın bitmə tarixi: 04 yanvar 2026-cı il.

2.4. Tirajların sayı (tarix aralığı): 15:

1-ci tirajın müddəti: 20.10.2025 – 26.10.2025;

2-ci tirajın müddəti: 27.10.2025-02.11.2025;

3-cü tirajın müddəti: 03.11.2025-09.11.2025;

4-cü tiraj müddəti: 10.11.2025-16.11.2025

5-ci tirajın müddəti: 20.10.2025-16.11.2025;

6-ci tirajın müddəti: 17.11.2025-23.11.2025;

7-cı tirajın müddəti: 24.11.2025-30.11.2025;

8-ci tirajın müddəti: 01.12.2025-07.12.2025;

9-cu tirajın müddəti: 17.11.2025-07.12.2025;

10-cu tirajın müddəti: 08.12.2025-14.12.2025;

11-ci tirajın müddəti: 15.12.2025-21.12.2025;

12-ci tirajın müddəti: 22.12.2025-28.12.2025;

13-cü tirajın müddəti: 29.12.2025-04.01.2026;

14-cü tirajın müddəti: 08.12.2025-04.01.2026

15-ci tirajın müddəti: 20.10.2025-04.01.2026

2.5. Lotereyanın keçirilmə ərazisi: Azərbaycan Respublikası.

2.6. Lotereyanın uduş fondunun baş tutacağı tarix:

1-ci tiraj üzrə 13.11.2025;

2-ci tiraj üzrə 20.11.2025;

3-cü tiraj üzrə 27.11.2025;

4-cü tiraj üzrə 04.12.2025;

5-ci tiraj üzrə 04.12.2025;

6-cı tiraj üzrə 11.12.2025;

7-ci tiraj üzrə 18.12.2025;

8-ci tiraj üzrə 26.12.2025;

9-cu tiraj üzrə 26.12.2025;

10-сu tiraj üzrə 08.01.2026;

11-ci tiraj üzrə 08.01.2026;

12-ci tiraj üzrə 15.01.2026;

13-cü tiraj üzrə 22.01.2026;

14-cü tiraj üzrə 22.01.2026;

15-ci tiraj üzrə 22.01.2026.

2.7. Lotereyanın uduş fondunun baş tutacağı məkan: Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov 57, Azinko binası, 3-cü mərtəbə.

3. LOTEREYADA İŞTİRAK VƏ UDUŞUN MÜƏYYƏN EDİLMƏSİ QAYDALARI

3.1. Lotereyanın iştirakçısı olmaq istəyən şəxs Birmarket platformasında Lotereyanın şərtləri ilə tanış ola bilər. Birmarket platformasının istifadəçiləri Birmarket mobil tətbiqi vasitəsilə Lotereyada iştirak barədə bildiriş alırlar. Lotereya iştirakçısı olmaq istəyən şəxs https://landings.birmarket.az/birmarketlotereya hiperlinkdə yerləşən təklifin şərtlərini qəbul etməklə Lotereyada iştiraka razılığını bildirir. Birmarket.az platfomasında əvvəl qeydiyyatdan keçmiş şəxslərin platformada olan şəxsi kabinetlərinə ofertanın şərtləri göndərilir. Bildirişi qəbul etməklə həmin şəxslər Lotereyada iştirak etməsinə dair razılığı bildirirlər.

3.2. Lotereyada iştirak edən şəxs bu Şərtlərə uyğun olaraq tirajlar üzrə nəzərdə tutulmuş müddətdə Birmarket platformasında hər bir 10(on) manatlıq alışa görə Lotereyada iştirak etmək üçün 1 lotereya bileti qazanır. Lotereya biletləri mal təhvil verildiyi andan hesablanır.

Misal: Lotereyada iştirak etmək istəyən şəxs 565 (beş yüz altmış beş) manat dəyərində 1 ədəd "Sony" markalı televizoru aldığına görə ona 56 lotereya bileti verilir.

3.3. Müştəri malın təhvil alınması üçün https://birmarket.az/pick-up-points və/ və ya https://birmarket.az/pudo-azerpoct linkdə göstərilən təhvil məntəqələrinin ünvanını seçdiyi və malı həmin ünvandan təhvil aldığı halda həmin mala görə təqdim edilmiş lotereya biletlərinin sayına 10 lotereya bileti əlavə edilir.

Misal : Lotereyada iştirak etmək istəyən şəxs 565 (beş yüz altmış beş) manat dəyərində 1 ədəd "Sony" markalı televizoru alır və təhvil alınması üçün https://birmarket.az/pick-up-points və / və ya https://birmarket.az/pudo-azerpoct linkdə göstərilən ünvanlardan birini seçir. Həmin mala görə ona 66 (56+10) lotereya bileti verilir.

3.4. Birmarket platformasında ilk dəfə mal aldığı halda mala görə verilən lotereya biletlərindən əlavə lotereyada iştirak etmək istəyən şəxsə 10 lotereya bileti verilir.

Misal: Lotereyada iştirak etmək istəyən şəxs ilk dəfə 565 (beş yüz altmış beş) manat dəyərində 1 ədəd "Sony" markalı televizoru alır. Həmin alışa görə ona 66 (56+10) lotereya bileti verilir.

Misal 2: Lotereyada iştirak etmək istəyən şəxs ilk dəfə 565 (beş yüz altmış beş) manat dəyərində 1 ədəd "Sony" markalı televizoru alır və təhvil alınması üçün https://birmarket.az/pick-up-points və / və ya https://birmarket.az/pudo-azerpoct linkdə göstərilən ünvanlardan birini seçir. Həmin alışa görə ona 76 (56+10+10) lotereya bileti verilir.

3.5. Aşağıdakıları istisna olmaqla bir tiraj ərzində əldə edilmiş lotereya biletləri digər tirajlarda iştirak etmir.

3.5.1. 01-04-cü tirajlar ərzində əldə edilmiş və qalib gəlməyən lotereya biletləri 5-ci tirajda iştirak edirlər;

3.5.2. 6-8-ci tirajlar ərzində əldə edilmiş və qalib gəlməyən lotereya biletləri 9-cu tirajda iştirak edirlər;

3.5.3. 10-13-cü tirajlar ərzində əldə edilmiş və qalib gəlməyən lotereya biletləri 14-cü tirajda iştirak edirlər;

3.5.4. 01-14-cü tirajlar ərzində əldə edilmiş və qalib gəlməyən lotereya biletləri 15-ci tirajda iştirak edirlər

3.6. Bir lotereya bileti üzrə cəmi 1 hədiyyə qazanmaq olar. Tütün və tütün məmulatları, alkoqollu içkilərin alışına görə lotereya bileti təqdim edilmir.

3.7. Lotereya bilet(-lər)i iştirakçıya elektron qaydada onun Birmarket mobil tətbiqində yaradılmış şəxsi kabinetinə göndərilir və orada elektron biletinin nömrəsi (identifikasiya kodu) və ümumi biletlərin sayı barədə məlumatlar əks olunur. İdentifikasiya kodu 15 rəqəmdən ibarət olan və təkrarlanmayan fərdi nömrə olacaqdır (Misal: 133752290000129).

3.8. Qalibin müəyyən edilməsi ona məxsus lotereya biletinin eyniləşdirmə nömrəsinin https://online-lottery-web.birmarket.az/ saytı vasitəsilə təsadüfi seçilməsi yolu ilə aparılacaqdır.

3.9. Qaliblər və uduşlar bu Şərtlərin 2.6-cı bəndində qeyd olunan tarixlərdə Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov 57, Azinko binası, 3-cü mərtəbə ünvanında keçiriləcək hər tirajın nəticələrinə əsasən müəyyən ediləcək.

3.10. Lotereya qalibləri haqqında məlumat sosial şəbəkələrdə paylaşılacaq (https://www.instagram.com/birmarket.az/) və hər bir qalibə müvafiq SMS göndəriləcək.

3.11. Lotereyada qalib olan şəxs Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov 57, Azinko binası, 3-cü mərtəbə ünvanına yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədi və Birmarket platformasında qeydiyyatdan keçdiyi zaman istifadə etdiyi mobil nömrəsini və Birmarket platformasında qalib gələn şəxsi kabinetində əks olunan elektron biletin identifikasiya kodunu təqdim etməlidir, Təşkilatçı isə həmin məlumatların düzgünlüyünü yoxlamalıdır. Bundan sonra uduşun təhvil-təslim aktı qalib olan şəxs və Təşkilatçı tərəfindən imzalanmalıdır və Lotereya qalibinin şəxsiyyət vəsiqəsinin surətini akta əlavə etməlidir. Qalib şəxs aktı imzalamaqla hədiyyəni tam qaydada və qüsursuz əldə etdiyini təsdiqləmiş olacaqdır. Qaliblər, uduşlar elan olunduqdan sonra 90 (doxsan) iş günü ərzində onları təhvil almalıdır. Hədiyyənin qalibin adına rəsmiləşdirilməsi Qalibin hesabına həyata keçirilir.

3.12. Qalib olan şəxs uduşu özü əldə edə bilmədiyi halda, onun nümayəndəsi notarial qaydada təsdiq edilmiş etibarnaməni və bu Şərtlərin 3.11-ci bəndində qeyd olunan müvafiq sənəd və məlumatları Təşkilatçıya təqdim etməklə əldə edə bilər.

4. LOTEREYANIN UDUŞ FONDU HAQQINDA MƏLUMAT

4.1. Bu Şərtlərin 3-cü maddəsinə uyğun olaraq qeydə alınan iştirakçılar aşağıdakı cədvəldə əks olunan hədiyyələri əldə etmək hüququna malik olacaqdır:

1-ci tiraj

Smartfon Apple iPhone 17 Pro Max 256GB Cosmic Orange — 4 əd.

Smartfon Apple iPhone 16 Pro Max 256GB Desert Titanium — 3 əd.

Notbuk Apple MacBook Air 15.3" M4 2025 (10C CPU/10C GPU), 16 GB/256 GB Sky Blue — 4 əd.

Smartfon Samsung Galaxy S25 Ultra 12GB/256GB — Titanium Gray — 6 əd.

Televizor LG 50UA75009LA-LTS-MGAS2M — 6 əd.

Planşet Apple iPad Air 11 M3 2025 Wi-Fi 128GB Purple — 4 əd.

Robot tozsoran Xiaomi X20 Max Black — 5 əd.

Oyun konsolu Sony PlayStation 5 Slim 1TB — 5 əd.

Fen Multistayler Dyson Airwrap Complete Long HS08 Vinca Blue — 5 əd.

Simsiz qulaqlıq Apple AirPods 4 — 5 əd.

Portativ dinamik JBL Flip 7 Squad (JBLFLIP7SQUAD) — 5 əd.

Ağıllı dinamik Yandex Lite 2 (YNDX-00026VIO) — 5 əd.

Aerofritür Xiaomi Smart Air Fryer Pro 4L — 15 əd.


2-ci tiraj

Smartfon Apple iPhone 17 Pro Max 256GB Cosmic Orange — 6 əd.

Smartfon Apple iPhone 16 Pro Max 256GB Desert Titanium — 3 əd.

Notbuk Apple MacBook Air 15.3" M4 2025 (10C CPU/10C GPU), 16 GB/256 GB Sky Blue — 2 əd.

Smartfon Samsung Galaxy S25 Ultra 12GB/256GB — Titanium Gray — 3 əd.

Planşet Apple iPad Air 11 M3 2025 Wi-Fi 128GB Purple — 5 əd.

Notbuk Lenovo IdeaPad Slim 3 15IRH10 (83K1002VRK) — 8 əd.

Elektrikli skuter Joyor Y6-s — 3 əd.

Fitnes qolbağı Whoop 5.0 One Health and Fitness Tracker — 5 əd.

Smartfon Xiaomi Redmi Note 14 Pro 8GB/256GB Midnight Black — 10 əd.

Mikrodalğalı soba LG MS-2595CIS — 2 əd.

Simsiz qulaqlıq Apple AirPods 4 — 10 əd.

Portativ dinamik JBL Flip 7 Squad (JBLFLIP7SQUAD) — 5 əd.

Ütü Tefal Ultragliss Plus FV6820E0 — 15 əd.

Toster Bosch TAT4P429 — 8 əd.


3-cü tiraj

Smartfon Apple iPhone 17 Pro Max 256GB Cosmic Orange — 6 əd.

Smartfon Apple iPhone 16 Pro Max 256GB Desert Titanium — 4 əd.

Smartfon Samsung Galaxy S25 Ultra 12GB/256GB — Titanium Gray — 4 əd.

Televizor LG 50UA75009LA-LTS-MGAS2M — 4 əd.

Robot tozsoran Xiaomi X20 Max Black — 5 əd.

Dyson Airwrap Complete Long HS08 Vinca Blue — 5 əd.

Paltaryuyan maşın LG F2V9GW9P — 5 əd.

Fitnes qolbağı Whoop 5.0 One Health and Fitness Tracker — 5 əd.

Smartfon Xiaomi Redmi Note 14 Pro 8GB/256GB Midnight Black — 5 əd.

Mikrodalğalı soba LG MS-2595CIS — 3 əd.

Portativ dinamik JBL Flip 7 Squad (JBLFLIP7SQUAD) — 10 əd.

Ütü Tefal Ultragliss Plus FV6820E0 — 15 əd.


4-cü tiraj

Smartfon Apple iPhone 17 Pro Max 256GB Cosmic Orange — 4 əd.

Smartfon Apple iPhone 16 Pro Max 256GB Desert Titanium — 2 əd.

Smartfon Samsung Galaxy S25 Ultra 12GB/256GB — Titanium Gray — 4 əd.

Planşet Apple iPad Air 11 M3 2025 Wi-Fi 128GB Purple — 4 əd.

Elektrikli skuter Joyor Y6-s — 2 əd.

Dyson Airwrap Complete Long HS08 Vinca Blue — 5 əd.

Paltaryuyan maşın LG F2V9GW9P — 5 əd.

Simsiz qulaqlıqlar Apple AirPods Pro 3 MFHP4ZA/A — 5 əd.

Fitnes qolbağı Whoop 5.0 One Health and Fitness Tracker — 5 əd.

Smartfon Xiaomi Redmi Note 14 Pro 8GB/256GB Midnight Black — 5 əd.

Portativ dinamik JBL Flip 7 Squad (JBLFLIP7SQUAD) — 5 əd.

Toster Bosch TAT4P429 — 5 əd.


5-ci tiraj

Avtomobil "Hyundai Sonata hybrid" — 1 əd. (texniki göstəricilər — Əlavə №1)


6-cı tiraj

Smartfon Apple iPhone 17 Pro Max 256GB Cosmic Orange — 4 əd.

Smartfon Apple iPhone 16 Pro Max 256GB Desert Titanium — 2 əd.

Notbuk Apple MacBook Air 15.3" M4 2025 (10C CPU/10C GPU), 16 GB/256 GB Sky Blue — 4 əd.

Smartfon Samsung Galaxy S25 Ultra 12GB/256GB — Titanium Gray — 2 əd.

Robot tozsoran Xiaomi X20 Max Black — 5 əd.

Oyun konsolu Sony PlayStation 5 Slim 1TB — 5 əd.

Paltaryuyan maşın LG F2V9GW9P — 5 əd.

Apple AirPods Pro 3 MFHP4ZA/A — 5 əd.

Fitnes qolbağı Whoop 5.0 One Health and Fitness Tracker — 5 əd.

Portativ dinamik JBL Flip 7 Squad (JBLFLIP7SQUAD) — 5 əd.

Toster Bosch TAT4P429 — 10 əd.


7-ci tiraj

Smartfon Apple iPhone 17 Pro Max 256GB Cosmic Orange — 4 əd.

Smartfon Apple iPhone 16 Pro Max 256GB Desert Titanium — 3 əd.

Smartfon Samsung Galaxy S25 Ultra 12GB/256GB — Titanium Gray — 3 əd.

Planşet Apple iPad Air 11 M3 2025 Wi-Fi 128GB Purple — 4 əd.

Robot tozsoran Xiaomi X20 Max Black — 11 əd.

Oyun konsolu Sony PlayStation 5 Slim 1TB — 5 əd.

Ağıllı saat Apple Watch Series 10 GPS 46mm Jet Black Aluminium Case with Black Sport Band — M/L — 10 əd.

Apple AirPods Pro 3 MFHP4ZA/A — 10 əd.

Smartfon Xiaomi Redmi Note 14 Pro — 5 əd.

Apple AirPods 4 — 10 əd.

JBL Flip 7 Squad (JBLFLIP7SQUAD) — 5 əd.

Toster Bosch TAT4P429 — 5 əd.

Lenovo IdeaPad Slim 3 15IRH10 (83K1002VRK) — 5 əd.

Blender Aeno TB1 (ATB0001) — 10 əd.

Səyahət sertifikatı (5000 AZN — Pasha Travel) — 11 əd.


8-ci tiraj

Smartfon Apple iPhone 17 Pro Max 256GB Cosmic Orange — 8 əd.

Smartfon Apple iPhone 16 Pro Max 256GB Desert Titanium — 6 əd.

Smartfon Samsung Galaxy S25 Ultra 12GB/256GB — Titanium Gray — 6 əd.

Televizor LG 50UA75009LA-LTS-MGAS2M — 3 əd.

Robot tozsoran Xiaomi X20 Max Black — 4 əd.

Dyson Airwrap Complete Long HS08 Vinca Blue — 5 əd.

Fitnes qolbağı Whoop 5.0 One Health and Fitness Tracker — 5 əd.

Smartfon Xiaomi Redmi Note 14 Pro 8GB/256GB Midnight Black — 5 əd.

Apple AirPods 4 — 5 əd.

Ağıllı dinamik Yandex Lite 2 (YNDX-00026VIO) — 10 əd.

Fitnes qolbağı Xiaomi Smart Band 9 Active Black — 15 əd.


9-cu tiraj

Avtomobil "Kia K5 sport" — 1 əd. (texniki göstəricilər — Əlavə №2)


10-cu tiraj

Smartfon Apple iPhone 17 Pro Max 256GB Cosmic Orange — 4 əd.

Smartfon Apple iPhone 16 Pro Max 256GB Desert Titanium — 2 əd.

Televizor LG 50UA75009LA-LTS-MGAS2M — 3 əd.

Planşet Apple iPad Air 11 M3 2025 Wi-Fi 128GB Purple — 4 əd.

Robot tozsoran Xiaomi X20 Max Black — 2 əd.

Oyun konsolu Sony PlayStation 5 Slim 1TB — 5 əd.

Apple Watch Series 10 GPS 46mm Jet Black Aluminium Case with Black Sport Band — M/L — 5 əd.

Smartfon Xiaomi Redmi Note 14 Pro 8GB/256GB Midnight Black — 5 əd.

Apple AirPods 4 — 5 əd.

Blender Aeno TB1 (ATB0001) — 15 əd.

Xiaomi Smart Band 9 Active Black — 5 əd.


11-ci tiraj

Smartfon Apple iPhone 17 Pro Max 256GB Cosmic Orange — 3 əd.

Smartfon Apple iPhone 16 Pro Max 256GB Desert Titanium — 3 əd.

Smartfon Samsung Galaxy S25 Ultra 12GB/256GB — Titanium Gray — 6 əd.

Televizor LG 50UA75009LA-LTS-MGAS2M — 3 əd.

Robot tozsoran Xiaomi X20 Max Black — 2 əd.

Lenovo IdeaPad Slim 3 15IRH10 (83K1002VRK) — 5 əd.

Paltaryuyan maşın LG F2V9GW9P — 5 əd.

Fitnes qolbağı Whoop 5.0 One Health and Fitness Tracker — 5 əd.

Smartfon Xiaomi Redmi Note 14 Pro 8GB/256GB Midnight Black — 5 əd.

Apple AirPods 4 — 5 əd.

Yandex Lite 2 (YNDX-00026VIO) — 7 əd.

Xiaomi Smart Band 9 Active Black — 5 əd.


12-ci tiraj

Smartfon Apple iPhone 17 Pro Max 256GB Cosmic Orange — 6 əd.

Smartfon Apple iPhone 16 Pro Max 256GB Desert Titanium — 3 əd.

Televizor LG 50UA75009LA-LTS-MGAS2M — 3 əd.

Planşet Apple iPad Air 11 M3 2025 Wi-Fi 128GB Purple — 9 əd.

Oyun konsolu Sony PlayStation 5 Slim 1TB — 5 əd.

Lenovo IdeaPad Slim 3 15IRH10 (83K1002VRK) — 7 əd.

Apple Watch Series 10 GPS 46mm Jet Black Aluminium Case with Black Sport Band — M/L — 5 əd.

Apple AirPods Pro 3 MFHP4ZA/A — 15 əd.

Smartfon Xiaomi Redmi Note 14 Pro 8GB/256GB Midnight Black — 10 əd.

Apple AirPods 4 — 5 əd.

Yandex Lite 2 (YNDX-00026VIO) — 12 əd.

Aerofritür Xiaomi Smart Air Fryer Pro 4L — 10 əd.

Xiaomi Smart Band 9 Active Black — 15 əd.

Paltaryuyan maşın LG F2V9GW9P — 5 əd.

Səyahət sertifikatı (5000 AZN — Pasha Travel) — 11 əd.


13-cü tiraj

Smartfon Apple iPhone 17 Pro Max 256GB Cosmic Orange — 6 əd.

Smartfon Apple iPhone 16 Pro Max 256GB Desert Titanium — 6 əd.

Smartfon Samsung Galaxy S25 Ultra 12GB/256GB — Titanium Gray — 2 əd.

Televizor LG 50UA75009LA-LTS-MGAS2M — 3 əd.

Lenovo IdeaPad Slim 3 15IRH10 (83K1002VRK) — 5 əd.

Dyson Airwrap Complete Long HS08 Vinca Blue — 10 əd.

Apple Watch Series 10 GPS 46mm Jet Black Aluminium Case with Black Sport Band — M/L — 5 əd.

Fitnes qolbağı Whoop 5.0 One Health and Fitness Tracker — 9 əd.

Smartfon Xiaomi Redmi Note 14 Pro 8GB/256GB Midnight Black — 5 əd.

Apple AirPods 4 — 10 əd.

Aerofritür Xiaomi Smart Air Fryer Pro 4L — 10 əd.

Xiaomi Smart Band 9 Active Black — 10 əd.


14-cü tiraj

Avtomobil "Avatr 07 pro" — 1 əd. (texniki göstəricilər — Əlavə №3)


15-ci tiraj

2 otaqlı təmirli mənzil (Ünvan: Bakı, Nardaran, Sea Breeze, Palazzo Della Vita layihəsi, Blok 1, Mərtəbə 2, mənzil 19, sahə: 70 kv. m) — 1 əd.


4.2. Qeyri-pul uduşlarının əvəzinə onların pul ekvivalentinin ödənilməsinə yol verilmir.

4.3. Uduşun alınması zamanı Lotereya qalibi bu Şərtlərin 3.11-ci bəndində qeyd olunan sənədləri və məlumatları vaxtında təqdim etmədiyi təqdirdə uduşu əldə etmək hüququnu itirir.

4.4. Uduşlar bu Şərtlər ilə müəyyən edilmiş müddətdə Lotereyanın qalibi tərəfindən əldə edilməyibsə və ya həmin şəxs təqdim etdiyi səhv əlaqə məlumatlarına görə qalib olduğu barədə xəbərdar olmayıbsa, həmin uduşlar Təşkilatçının sərəncamında qalır.

4.5. Uduş fonduna hər-hansı əlavə vəsaitin qoyulması nəzərdə tutulmamışdır

5. LOTEREYA BARƏDƏ MƏLUMATIN TƏQDİM EDİLMƏSİ VƏ DƏRC EDİLMƏSİ QAYDALARI

5.1. Lotereyanın keçirilməsi sosial şəbəkədə (https://www.instagram.com/birmarket.az/) qeyd edilir.

5.2. Təşkilatçı Lotereyanın uduş fondu oynanıldıqdan sonra 5 (beş) iş günü ərzində uduş fondu barədə sosial şəbəkə (https://www.instagram.com/birmarket.az/) üzərindən məlumat verir. Lotereyanın uduş fondunun oynanılmasının nəticələrinin açıqlanması uduşlu Lotereya elektron biletlərinin identifikasiya nömrələrinin, habelə onların hər birinə düşən uduşların sosial şəbəkədə (https://www.instagram.com/birmarket.az/) elan edilməsi yolu ilə həyata keçirilir.

5.3. Lotereyada iştirak şərtləri haqqında məlumatı Birmarket platformasından, sosial şəbəkədən (https://www.instagram.com/birmarket.az/), habelə "915 - Çağrı mərkəzi"nə zəng etməklə əldə etmək olar (bazar ertəsi - cümə günləri, saat 09:00-dan 18:00-dək, danışıq dəyəri iştirakçının istifadə etdiyi rabitə operatorun tariflərinə uyğun olaraq iştirakçıdan tutulur).

6. LOTEREYADA İŞTİRAKLA BAĞLI İSTİSNALAR

6.1. Aşağıda göstərilən şəxslərin Lotereyada iştirak etmək hüquqları yoxdur və istənilən halda Lotereyanın iştirakçısı sayılmırlar:

- 18 yaşına çatmamış şəxslər;

- "Competo" MMC, "Pasha Pay" MMC və "Kapital Bank" ASC-nin əməkdaşları.

7. DİGƏR MÜDDƏALAR

7.1. Lotereyada iştirak edən şəxs lotereyaya qoşularaq Birmarket platformasında yerləşdirilən bu Şərtlərlə tanış və onun bütün müddəaları ilə razı olduğunu, habelə bütün şərtləri və tələblərini yerinə yetirmək öhdəliyini qəbul etmiş olur.

7.2. Təşkilatçı lotereyada qalibin yazılı razılığı ilə onun adı, soyadı, atasının adı, foto, video, audio və digər məlumatları reklam məqsədləri üçün istifadə edə bilər. Təşkilatçı lotereyada udan şəxsin yazılı razılığı ilə göstərilən məlumatların, fotoşəkillərin, müsahibələrin və digər materialların kütləvi informasiya vasitələrində, habelə hər hansı çap, audio-video materiallarında pulsuz olaraq istifadə edə bilər. Bu cür təqdimat, materiallara dair bütün hüquqlar Təşkilatçıya məxsusdur.

7.3. Təşkilatçı onun təqsirindən asılı olmayan və ya üçüncü şəxslərin təqsirindən irəli gələn hallara görə (məsələn, internet şəbəkəsənin işlək olmaması) məsuliyyət daşımır.

7.4. Təşkilatçı iştirakçılar tərəfindən verilən səhv məlumatın təqdim edilməsinə görə məsuliyyət daşımır.

7.5. Lotereyanın təşkilatçısı və iştirakçıları arasındakı mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmədə baxılır.

7.6. Lotereya iştirakçılarının Lotereyanın təşkili ilə bağlı bütün iddiaları Lotereyanın Təşkilatçısına - Bakı şəhəri, AZ1065, Bakı şəhəri, Bakıxanov küçəsi 48C, 5-ci mərtəbə ünvanına çatdırılmalıdır.

7.7. Bu Şərtlərlə nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənəcəkdir.

Download on App Store Get it on Google Play
*Lotereya Apple tərəfindən maliyyələşdirilmir.
*The lottery is not sponsored by Apple.